RU

Maskdan ABŞ-dakı hadisələrlə bağlı iddia - Video

Las-Veqasda ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa məxsus “Trump İnternational” otelinin qarşısında partlayan Tesla “Cybertruck” markalı pikapla Yeni Orlean terrorunda istifadə olunan maşın eyni yerdən icarəyə götürülə bilər. Bu da hadisələr arasında əlaqələrin ola biləcəyi ehtimalını ortaya qoyur.

Axar.az xəbər verir ki, belə bir iddianı amerikalı milyarder İlon Mask səsləndirib.

Mask otelin qarşısında dayanan “Cybertruck” avtomobilinin partladıldığını iddia edərək, bunun bir terror aktı olduğunu dəyərləndirib.

Qeyd edək ki, ABŞ-ın Yeni Orlean şəhərində avtomobilin insanların üzərinə sürülməsi nəticəsində həyatını itirənlərin sayı 15-ə yüksəlib.

Избранный
97
40
axar.az

10Источники