RU

Motta “Milan”a məğlubiyyətə aydınlıq gətirdi

“Yuventus”un baş məşqçisi Tyaqo Motta İtaliya Super Kubokunun yarımfinalında “Milan”a 1:2 hesablı məğlubiyyətə aydınlıq gətirib.

Arena.az “Sport Mediaset” dərgisinə istinadən, braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz öz çıxışımızdan razı qala bilmərik. İkinci hissədə komandam fürsətlərini gerçəkləşdirə bilmədi. “Milan”ın imkanları isə az idi – bu qədər fürsət yaratmaqla rəqib qalib gəlməməli idi.

Biz xasiyyətimiz üzərində işləməliyik. Məqamlar yaratdıq, fəsadları həll edə bilərdik, amma bunu bacarmadıq. Bir xüsus səhv gedəndə xasiyyət özünü göstərir. Uğursuzluqlara qarşılıq verməyi bacarmaq gərəkdir – bu gün müvafiq qarşılığımız yox idi”, deyə Motta təəssüflə vurğulayıb.

İtaliya Super Kubokunun finalına yüksəlmiş “Milan” burada əzəli rəqibi, həmşəhərlisi “İnter”lə qarşılaşacaq. Həlledici oyun yanvarın 6-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Избранный
47
arena.az

1Источники