Bakı. Trend:
"Monako" futbol klubu baş məşqçi Adi Hütterlə müqaviləni iki iluzadıb.
Trend xəbər verirki, klubun mətbuat xidməti tərəfindən yayılan məlumata əsasən,avstriyalı mütəxəssislə yeni razılaşma 2027-ci ilin iyun ayınaqədər nəzərdə tutulub. Adi Hütter 2023-cü ilin yayından etibarən"Monako"ya rəhbərlik edir.
Qeyd edək ki, "Monako" Fransa çempionatının 2024/2025 mövsümündə16 turdan sonra 30 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.Komanda sabah Fransa Superkuboku uğrunda PSJ ilə qarşılaşacaq.