Şimali Koreya şərq suları istiqamətində ortamənzilli ballistik raket buraxıb. Bu barədə Cənubi Koreya silahlı qüvvələri açıqlama yayıb. Bu, Koreya Xalq Demokratik Respublikasının (KXDR) 2025-ci ildə ilk raket sınağıdır. Raket yerli vaxtla saat 12:00 radələrində uçurulub. Buraxılışından sonra Cənubi Koreyanın silahlı qüvvələri müşahidələrini gücləndirib.
Qeyd edək ki, Şimali Koreyanın raket buraxılışı ABŞ dövlət katibi Entoni Blinkenin Seula gözlənilən səfəri ərəfəsində baş verir.