Manset.az xəbər verir ki, “Azərişıq” ASC-nin abonentlərə göstərdiyi xidmətlərin keyfiyyətini artırmaq, mövcud problemləri müəyyən etmək və vətəndaşlarla qarşılıqlı əlaqəni gücləndirmək məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən Müştəri Məmnuniyyəti Sorğusu keçirilib. "Ekvita" şirkəti ilə əməkdaşlıq çərçivəsində keçirilən sorğuda əhali və qeyri əhali abonentləri olmaqla, ümumilikdə 700-ə yaxın respondentin fikri öyrənilib. Sorğu Energetika Nazirliyi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı müxtəlif beynəlxalq reytinq agentliklərinin iştirakı ilə baş tutub. Sorğuda "Azərişıq" ASC-nin təqdim etdiyi fərqli xidmətlər üzrə məmnunluq səviyyəsi ölçülüb.
- enerji təchizatı şəbəkəsinə qoşulma,
- elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri,
- smart kartların bərpası və yenisinin verilməsi,
- əhali və qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi,
- istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi,
- sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu,
- qüsurlu ödənişin bərpası.