Həkim qeyd edib ki, xüsusilə də uşaqlarda xəstəlik daha ağır keçir və xroniki, immunsupressiv xəstəliyi olan kəslərdə ölüm riski digərlərinə görə daha yüksəkdir: “Amma xəstəliyi olmayanlarda, uşaq vaxtı bu xəstəliyi keçirənlərdə davamlı bir qoruyucu antitel olur və onlar xəstəliyi daha yüngül formada keçirirlər. Müalicə yolları isə simptomatikdir və dəqiq bir antiviral yoxdur. Eyni zamanda virusa görə konkret olaraq təsdiqlənmiş hər hansı bir peyvənd yoxdur. Birinci növbədə xəstəliyə yoluxmamaq lazımdır. Buna görə də xəstə olan insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq sadəcə bu virusdan deyil, digər viruslardan da qoruyacaq. Amma məsafənin gözlənilməsi, maska istifadəsi – COVID19 dönəmində alışdığımız o tədbirlər təkrar gündəmə gələ bilər”. Vasif Əliyev tövsiyə edib ki, xəstə insanlar ev şəraitində qalsınlar: “Bu insanlar çox sürətli şəkildə başqa insanlara virus ötürə bilərlər, ona görə də birinci növbədə xəstə insanların izolyasiyası ən doğru addım olar. Hətta unutmayaq ki, uşaqlar və immunsupressiv xəstələr sağaldıqdan sonra belə virus daşıyıcı ola bilərlər. Bu baxımdan sağalan insanları da mütləq nəzarət altında saxlamaq lazımdır. Həmçinin xəstəliyin erkən mərhələsində antibiotik, gərəksiz sistem müdaxilələr, xüsusilə də steroid istifadə edilməsi xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər. Bu baxımdan səhv müalicə etməkdənsə, sadəcə simptomatik müalicə, bol maye qəbulu və istirahət rejimi ən doğru seçimdir”.
Sevinc İbrahimzadə / Metbuat.az