Bakı, 7 yanvar, AZƏRTAC Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 73,5 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.