RU

Fransa Şimali Koreyanın raket sınağını qətiyyətlə pislədi

Fransa Şimali Koreyanın orta mənzilli \"ballistik raket” buraxmasını qətiyyətlə pisləyib və bunun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrinin yenidən pozulması olduğunu bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi tərəfindən edilən yazılı açıqlamada Şimali Koreyanın ballistik raket atmasına reaksiya verilib və Şimali Koreyanın qonşuları Yaponiya və Cənubi Koreya ilə həmrəylik mesajı verilib.

Açıqlamada Şimali Koreyanın ballistik raket sınağı şiddətlə pislənilib və bunun BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yeni pozuntusu anlamına gəldiyi vurğulanıb.

Bəyanatda Fransanın BMT Təhlükəsizlik Şurasının qərarlarını həyata keçirmək üçün müttəfiqləri ilə işləməyə davam edəcəyi və tərəflər arasında dialoqu təşviq etməyə davam edəcəyi bildirilib.

Qeyd edək ki, Cənubi Koreya dünən bildirib ki, Şimali Koreya Yapon dənizi (Şərq dənizi) istiqamətində hipersəsli hesab edilən raket atıb.

Gülay
Избранный
50
azxeber.com

1Источники