“Səbail” Ruanda millisinin üzvünü heyətinə qatıb.Klubdan məlumata görə, "dənizçilər" İnnosent Nşuti ilə mövsümün sonuna qədər müqavilə imzlayıb.Hücumçu Ruanda millisinin heyətində 10 qarşılaşmada 2 qola imza atıb.Qeyd edək ki, “Səbail” bundan öncə dövrələrarası fasilədə Marko Nikoliç və Mirabdulla Abbasovun keçidini həll edib.