Kanadanın baş naziri Castin Trüdo ölkəsinin 51-ci ştat olaraq ABŞ-a qoşulma ehtimalını qəti şəkildə rədd edib və bunun qətiyyən mümkün olmadığını deyib.
Modern.az xəbər verir ki, Trüdo bununla bağlı X sosial media hesabında Trampın təklifinə “cəhənnəm olsun!” deyə reaksiya verib.
O qeyd edib ki, hər iki ölkənin işçiləri və icmaları onsuz da qarşılıqlı ticarət və təhlükəsizlik tərəfdaşlığından faydalanırlar.
Trudonun bəyanatı ABŞ-ın 51-ci ştatı olaraq Kanadaya qoşulmaq üçün yeni seçilmiş prezident Donald Trampın son təklifi fonunda səslənib.