RU

Qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada öldü

Sumqayıtda qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb...

Bu barədə Poliqon-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 1958-ci il təvəllüdlü (qadın cinsli) şəxs 05.01.2025-ci il saat 21:30-da Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:

"Qapalı kəllə-beyin travması diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti ağır olub. Həkimlərin səylərinə baxmayaraq, 08.01.2025-ci il tarixində saat 08:00-da onun ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, hadisə yanvarın 5-də Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu, 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Poliqon.info

Избранный
21
6
poliqon.info

10Источники