RU

Dövlət Neft Fondunun “Şahdəniz” yatağından əldə etdiyi gəlir açıqlanıb

Ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 442,085 milyon ABŞ dolları gəlir əldə edib.

Modern.az Fonda istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 865,915 milyon ABŞ dolları və ya 2,96 dəfə azdır.

Ötən il Fonda daxil olan vəsaitlərin 132,482 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 191,914 milyon ABŞ dolları və ya 2,45 dəfə azdır.

2023-cü ildə ARDNF-in “Şahdəniz” yatağı üzrə işlənmədən əldə etdiyi gəlir 1 milyard 308 milyon ABŞ dolları təşkil edib. Bu yataqdan çıxarılan kondensatın satışından isə 324,396 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Избранный
8
50
modern.az

10Источники