Ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 442,085 milyon ABŞ dolları gəlir əldə edib.
Modern.az Fonda istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 865,915 milyon ABŞ dolları və ya 2,96 dəfə azdır.
Ötən il Fonda daxil olan vəsaitlərin 132,482 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 191,914 milyon ABŞ dolları və ya 2,45 dəfə azdır.
2023-cü ildə ARDNF-in “Şahdəniz” yatağı üzrə işlənmədən əldə etdiyi gəlir 1 milyard 308 milyon ABŞ dolları təşkil edib. Bu yataqdan çıxarılan kondensatın satışından isə 324,396 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.