RU

Azərbaycan gəmilərinin sərbəst buraxılması üçün sənədləşmə prosesi tamamlanmaq üzrədir - Şirkətdən AÇIQLAMA

Bakı. Trend:

Azərbaycan gəmilərinin sərbəst buraxılması üçün sənədləşməprosesi tamamlanmaq üzrədir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Caspian MarineServices B.V.” şirkətindən məlumat verilib.

“Caspian Marine Services B.V.” şirkətinin AzərbaycanRespublikasındakı filialı tərəfindən istismar olunan “CMSPəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri sahibkarlıq fəaliyyətiçərçivəsində Əbu-Dabi limanına yola düşmüş və müəyyən edilmişmarşrut üzrə səfərin Süveyş kanalından keçməklə həyata keçirilməsinəzərdə tutulub.

Qeyd edək ki, gəmilərin riskli piratlıq qaynar nöqtələrdənkeçməsi nəzərdə tutulduğu üçün təhlükəsizliyin təmin edilməsinəehtiyac yaranıb və bu məqsədlə gəmilərin mühafizəsini təmin etməksahəsində ixtisaslaşmış müvafiq şirkət ilə müqavilə bağlanılaraqgəmilərə hər bir gəmiyə 2 nəfər olmaqla hərbiləşdirilmiş mühafizəqrupları ilə təmin edilib", - məlumatda deyilir.

Bildirilib ki, 07.11.2024-cü il tarixdə gəmilər Eritreyadövlətinin dəniz sahil xəttindən keçərkən hava şəraiti
səbəbindən Eritreya dövlətinin ərazi sularına girməklə hərəkətidavam etdirmək qərarı verilib:

"Gəmi kapitanları tərəfindən ərazi sularına daxil olmaqla bağlıməlumatın çatdırılması üçün Eritreyanın
təhlükəsizlik və sahil mühafizəsi qurumları ilə VHF-16 beynəlxalqkanalı vasitəsilə əlaqə
saxlanılmasına çalışılmış, lakin cavab alınmayıb.

Noyabrın 7-si yerli vaxtla saat 10:06 radələrində gəmidən əldəetdiyimiz hesabata əsasən, yuxarıda
adı çəkilən hər üç gəminin 13°23'N, 042°39'E koordinatlarındaEritreya hərbi donanması xidməti
tərəfindən saxlanıldığı məlum olub. Belə ki, Eritreya hərbidonanması xidmətinin tələblərinə
uyğun olaraq gəmilər hərəkət kursunu dəyişərək Eritreya hərbidonanmasının təyin etdiyi məntəqəyə
gəliblər və lövbərə dayandıqdan sonra hərbi donanmanınnümayəndələri tərəfindən yoxlama
prosesinə cəlb ediliblər.

Qeyd edək ki, sözügedən gəmilərdə 18 Azərbaycan vətəndaşı və 6əcnəbi vətəndaş olmaqla,
ümumilikdə 24 nəfər mövcuddur.

Qeyd olunan məsələ ilə əlaqədar kapitanlar tərəfindən məlumatdaxil olan kimi şirkətimiz tərəfindən
elə həmin gün, 07.11.2024-cü il tarixdə Dövlət Dəniz və LimanAgentliyinə rəsmi qaydada müraciət
edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Xarici İşlərNazirliyinə müvafiq qaydada
müraciətlər olunmuş və məsələnin həlli ilə əlaqədar adı çəkilənqurumlar ilə sıx əməkdaşlıq
çərçivəsində bütün işlər görülüb.

Eyni zamanda qeyd edək ki, gəmilərin sığortalanmasını həyatakeçirən sığorta şirkətinin
səlahiyyətləri nümayəndələrinə və Böyük Britaniyanın müvafiq hüquqşirkətlərinə də müvafiq
müraciətlər edilib və məsələnin həllinin tezləşdirilməsi üçün adıçəkilən təşkilatlar da əməkdaşlığa
cəlb edilib.

Aparılan danışıqların nəticəsi olaraq, Eritreya dövlətininmüvafiq qurumları ilə məsələnin həllinə nail
olmaq üçün şirkətimiz tərəfindən səlahiyyətli nümayəndələr təyinedilmişdir və qeyd edək ki, hazırda
yoxlamanın yekunlaşması və gəmilərin sərbəst buraxılması üçünmüvafiq sənədləşmə prosesi
tamamlanmaq üzrədir.

Qeyd edək ki, şirkətin səlahiyyətli nümayəndələri heyət üzvləriilə daim sıx əlaqədədir və heyətin
ərzaq təchizatı, eləcə də digər təchizat məsələlərində hər hansıproblem mövcud deyil. Həmçinin,
heyət üzvlərinin öz yaxınları ilə vaxtaşırı əlaqə saxlaya bilməsiüçün bütün texniki imkanlar şirkət
tərəfindən təmin edilib".

Məqalədə:
Избранный
43
46
az.trend.az

10Источники