RU

Belarus Ukrayna ilə sərhəd yaxınlığında hərbi təlimlər keçirəcək

Belarus Ukrayna ilə sərhəd yaxınlığında hərbi təlim keçirəcək. Təlimlər yanvarın 31-dək davam edəcək.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Belarus Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Belarus Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 8-dən 31-dək Qomel vilayət icraiyyə komitəsi sədrinin rəhbərliyi ilə ərazi qoşunlarının hərbi qulluqçuları ilə təlim-məşq toplanışı keçirilir.

“Belaruski Qayun” monitorinq kanalının məlumatına görə, Belarusdakı təlim-məşq toplanışı zamanı ehtiyatda olan hərbçilər orduya çağırılacaq. Həmçinin, tüfəng batalyonunun komandanlığı tabeliyində olan bölmələri idarə etmək bacarıqlarını bərpa edəcək. 

Qeyd edək ki, Qomel vilayəti 2025-ci ildə nüvə müdafiəsi üzrə təlimlərin keçiriləcəyi Belarusun ilk bölgəsi olub. Qeyd edək ki, ərazi Ukraynanın Çerniqov vilayəti ilə həmsərhəddir.

QAZİLER.AZ

Избранный
40
5
qaziler.az

10Источники