RU

Elnur Məmmədov başsağlığı kitabını imzalayıb

Azərbaycanın Xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ-nin keçmiş Prezidenti Cimmi Karterin xatirəsinə bu ölkənin Bakıdakı səfirliyində açılan başsağlığı kitabını imzalayıb. SİA xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"Keçmiş prezident Karterin və onun sülhməramlı və dövlət xadimi olaraq qoyduğu irsin şərəfinə başsağlığı kitabımızı imzalamaqda bizə qoşulan Azərbaycan Xarici İşlər Nazirliyi də daxil olmaqla hər kəsə təşəkkür edirik", - məlumatda qeyd olunub.

Qeyd edək ki, C.Karter 2024-cü il dekabrın 29-da Corciya ştatının Pleyns şəhərində öz evində 100 yaşında vəfat edib.

O, ABŞ-nin 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb. C.Karter insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri, İsrail və Misir arasında Kemp-Devid sazişlərinin imzalanmasında vasitəçiliyi və siyasətdən getdikdən sonra aktiv ictimai fəaliyyəti ilə tanınır ki, bunun üçün də 2002-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.

Избранный
22
7
sia.az

10Источники