Hindistanın cənubundakı Kerala ştatında festival zamanı filin hücumu nəticəsində ən azı 17 nəfər yaralanıb. AFN.az xəbər verir ki, bu barədə yerli NDTV kanalı məlumat yayıb.Telekanalın yaydığı videoda minlərlə yerli sakinin marağına səbəb olan festivala qızıl lövhələrlə bəzədilmiş beş filin cəlb edildiyi görünür.Birdən fillərdən biri camaatın üstünə hücum çəkməyə başlayır. Heyvanı sakitləşdirməyə çalışan işçinin bütün cəhdlərinə baxmayaraq, fil bir nəfərin ayağından tutub, onu havada yelləyərək kənara atır. Kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Videogörüntülərdə izdihamda panika da əks olunub. İnsanlar təhlükəsiz yerə qaçmağa çalışıblar. Yaralananların əksəriyyəti çaxnaşma nəticəsində yaranan izdiham nəticəsində xəsarət alıb.Fili sakitləşdirmək təxminən iki saat çəkib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта