RU

Türkiyə bankının Azərbaycandakı törəməsi Qubada rəqəmsal xidmət məntəqəsi istifadəyə verəcək

Hazırda "Ziraat Bank Azərbaycan" 9 filialı ilə fəaliyyət göstərir. 

Marja.az xəbər verir ki, bunu Türkiyə mətbuatına müsahibəsində "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Selçuk Demir bildirib.

"Filiallarımızın çox Bakı şəhərində yerləşir. Gəncə və Sumqayıtda da filialımız fəaliyyət göstərir. Hazırda 9 filialımız var. Yaxın günlərdə Naxçıvan filialımız və Bakıda Nefçilər filialımız istifadəyə veriləcək. 2025-ci ildə filiallarımızın sayını 11-ə çatdırmağı planlaşdırırıq. Bundan əlavə, biz “Asan Bankçılıq” rəqəmsal xidmət məntəqələrini yaradacağıq. Bunlardan birincisini Qubada açacağıq”.

"Ziraat Bank Azərbaycan" ASC-nin baş direktoru əlavə edib ki, "Ziraat Bank Azərbaycan" Azərbaycanın ən yaxşı 10 bankı arasında olmağı hədəfləyir.

Asan Bankçılıq Ziraat Bank Azərbaycan Selçuk Demir
Избранный
18
marja.az

1Источники