RU

Litva tank batalyonunu genişləndirir

Litvanın müdafiə naziri Dovile Şakalene bildirib ki, Vilnüs 2030-cu ilə qədər tank batalyonunu genişləndirə biləcək.

Herbiand.az xəbər verir ki, bu barədə müdafiə naziri yerli radiostansiyasının efirində bildirib.

Onun sözlərinə görə, Vilnüs 2030-cu ilə qədər tank batalyonunu formalaşdıracaq. Buna görə, Almaniya istehsalı olan Leopard tanklarının partiyası üçün 2025-ci ildə avans ödəyəcək: “Bu il zirehli texnikalar üçün avans ödəməyi planlaşdırırıq. O zaman 2030-cu ilə qədər tank batalyonunu genişləndirə biləcəyik”.

O, sövdələşmənin ümumi məbləğinin nə qədər olduğunu və veriləcək avansın hansı məbləği təşkil edəcəyini açıqlamayıb.

16 dekabr 2024-cü ildə Dovile Şakalene Berlinə səfəri zamanı Litvanın 44 alman Leopard tankını almasını təsdiqləyən protokol imzalayıb. Tank batalyonu (Litvada bu texnikadan heç vaxt olmayıb) Baltikyanı respublikanın ordusunda formalaşmaqda olan motoatıcı diviziyanın əsasını təşkil edəcək.

Bəxtiyar CƏFƏRLİ

Избранный
10
herbiand.az

1Источники