Dələduzluqda ittiham olunan Rail Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rail Abbasov 6 il 6 ay il müddətində azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı onun 8 il müddətində azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, 2023-cü il sentyabrın 20-də Nəsimi rayon Məhkəməsi Rail Abbasov barəsində həbs-qətimkan tədbiri seçib.