Bakı. Trend:
Plana uyğun olaraq, istismar müddəti başa çatmış və istifadəyəyararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayətolunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyatakeçirilir.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyəçağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətəçatdırırıq.
Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək", -nazirlikdən bildirilib.