RU

Diqqətlər Trampın ilk iş günündə: "Bitcoin" və kriptovalyutalar üçün böyük addım atıla bilər"

Kriptovalyuta sektoru Donald Trampın prezident vəzifəsinə başlamasından etibarən onun kriptovalyuta siyasətində yenidən tənzimləmələr aparmasını tələb edir.

Valyuta.az "Reuters"a istinadən xəbər verir ki, ABŞ məhkəməsi hökumətə “Silk Road” platformasından əldə edilən 69,370 "Bitcoin"in satışına icazə verdiyi bir vaxtda kriptovalyuta sənayesi Tramp administrasiyasından yanvar ayında vəzifəyə başlamasından dərhal sonra siyasətdə ciddi dəyişikliklər etməsini gözləyir.

Sənaye nümayəndələri Donald Trampdan prezidentliyinin ilk 100 günü ərzində ABŞ-da "Bitcoin Rezervi" yaratmaq, kriptovalyuta sektorunun bank xidmətlərinə çıxışını asanlaşdırmaq və kriptovalyuta məsləhət komitəsi qurmaq üçün sərəncamlar imzalamasını tələb edir.

Məsələyə yaxın iki mənbənin məlumatına görə, Trampın prezidentliyinin ilk 100 günü ərzində bu sahədə bir neçə sərəncamın qəbul edilməsi üçün ciddi səylər göstərilir. Ən azı bir sərəncamın yanvarın 20-də - vəzifəyə başlama günündə imzalanması gözlənilir.

“Polygon Labs”ın baş hüquq və siyasət üzrə məsul şəxsi Rebeka Rettinq bildirib ki, seçki kampaniyasının gedişini nəzərə alsaq, sərəncamların ilk gündən etibarən əsas prioritetləri müəyyənləşdirməsi və bir növ yol xəritəsi təqdim etməsi vacibdir.

Trampın keçid komandası sözçüsü Brayan Hyuz isə deyib ki, Vaşinqtonun bürokratik bataqlığında yeniliklərin qarşısını almaq cəhdləri hələ də davam edir. Lakin Prezident Tramp, kriptovalyutada Amerikanın liderliyini təşviq etmək vədini yerinə yetirəcək.

Lider kriptovalyuta "Bitcoin" Trampın iyul ayında açıqladığı strateji "Bitcoin Rezervi" planını dekabrda yenidən gündəmə gətirməsindən sonra 108,000 dollar səviyyəsində tarixi bir rekorda çatıb. Ancaq bu səviyyəni qoruya bilməyən "Bitcoin" həmin vaxtdan bəri 100,000 dollardan aşağı düşüb.

Əvəz Həsənov

Избранный
17
50
valyuta.az

10Источники