RU

Los-Ancelesdə meşə yanğınları ilə bağlı şok məlumat: Sığortalar ləğv olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kaliforniyada yanğınlarda ölənlərin sayı artıb.
Oxu.Az-ın "CBS News" telekanalına istinadla məlumatına görə, bu barədə Los-Anceles Yanğınsöndürmə Xidmətindən xəbər verilib.
"Paliseyds yanğınında iki nəfər həlak olub. Beləliklə, meşə yanğınlarında ölənlərin sayı yeddiyə çatıb", - deyə qurumun nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Paliseyds və İtondakı yanğınlar hətta bir neçə faiz də lokallaşdırılmayıb. Birinci yanğın artıq 8 min hektardan çox, ikincisi isə 5.5 min hektar ərazini əhatə edib.
"Bəlkə də, ölkə tarixində ilk dəfədir ki, qasırğa gücündə küləklərlə əhatə olunmuş bir neçə yanğın eyni vaxtda baş verib", - deyə məlumatda əlavə edilib.
Təbii fəlakət nəticəsində İtonda bir neçə yanğınsöndürən xəsarət alıb.
Yanğının səbəbi hələ də məlum deyil, araşdırma davam edir.
Son məlumatlara görə, Paliseydsdəki yanğın təxminən 5.3 min tikilini məhv edib. Qeyd olunur ki, bu, Kaliforniya tarixində məhv edilmiş tikililərin sayına görə üçüncü ən dağıdıcı yanğındır.
Yeri gəlmişkən, ABŞ-nin həftəlik "Newsweek" xəbər jurnalı yazır ki, Kaliforniya sığorta şirkəti Los-Anceles meşə yanğınlarından bir neçə ay əvvəl sığorta şəhadətnamələrini (sığorta müqaviləsinin bağlanmasını təsdiq edən və sığortaçı tərəfindən sığortalıya təqdim edilən sənəd) ləğv edib. Beləliklə, sakinlər sığorta təminatlarından məhrum olublar.
Избранный
9
47
oxu.az

10Источники