Sentyabrda Avropa İttifaqı (Aİ) Rusiyadan maksimum taxıl alıb və nəticədə ölkə il yarımda ilk dəfə ən böyük beş tədarükçü sırasına daxil olub.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Eurostat"ın məlumatlarının təhlilində deyilir.
Qeyd edilib ki, Brüssel Rusiya taxılının alışını kəskin şəkildə - ayda 22 faiz və ildə 10 dəfə, 180 min tona qədər artırıb. Bu, 2022-ci ilin martından bəri maksimum alış həcmi idi. Beləliklə Rusiya Aİ-yə dördüncü ən böyük taxıl ixrac edən ölkə olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun