RU

Castin Biber Avropaya "qaçmaq" istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur ABŞ-li müğənni Castin Biber həyat yoldaşı Heyli ilə birlikdə ABŞ-dəki "dəlilikdən qaçmaq" üçün Avropada villa almaq ehtimalını nəzərdən keçirir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The U.S. Sun" nəşri insayderlərə istinadən məlumat verib.
Mənbənin verdiyi məlumata görə, Biberlər Avropada "günəş altında sakit bir yer" tapmaq üçün rieltor tutublar. Onlar, həmçinin ABŞ-dən kənarda daha çox vaxt keçirməkdə maraqlı olduqlarını bildiriblər.
"Onlar daha sadə həyatdan həzz almaq istəyirlər. Sakit mühitdə münasibətlərini bərpa etmək üçün daha yavaş həyat tempi ilə yaşamaq istəyirlər", - deyə insayder bildirib.
Onun sözlərinə görə, Castin Biber Avropa ölkəsində "əla havası olan, kənd ərazisində yerləşən və sakit mühitə malik" mülk axtarır. Onun seçimləri arasında İspaniya, Yunanıstan və Fransanın cənubunda 5.6 milyon dollardan 18.5 milyon dollara qədər olan villalar var.
Biberlərin ən bahalı potensial gələcək evi, "The Sun"ın yazdığına görə, Fransanın lacivərd sahillərində yerləşir. Bu, lifti və nəfəskəsən mənzərələri olan üçmərtəbəli malikanədir. Cütlük, həmçinin Yunanıstanın Mikonos adasında səkkiz yataq otağı olan villa və ya İspaniyanın Mayorka şəhərində 6.1 milyon dollara ev almağı da nəzərdən keçirir.
Избранный
19
oxu.az

1Источники