RU

Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur

Bakının 19 küçə və prospektində sıxlıq müşahidə olunur.Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.Bildirilib ki, Bakıda bu yollarda tıxac müşahidə edilir:1. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;4. Tbilisi prospekti, hər iki istiqamətdə;5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;6. Şəmsi Bədəlbəyli küçəsi, "Qış" parkının qarşısından Mərkəzi Bank istiqamətində;7. "20 Yanvar" dairəsində;8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;9. Niyazi küçəsi, hər iki istiqamətdə;10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;12. Koroğlu Rəhimov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;13. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə;14. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;15. Zərifə Əliyeva küçəsində;16. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;17. Mikayıl Müşfiq küçəsi, 20 saylı məktəb istiqamətində;18. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;19. Bül-Bül prospekti, "Sahil" metrostansiyasının qarşısında sıxlıq müşahidə olunur.Poliqon.info

Избранный
453
49
poliqon.az

10Источники