RU

Düyünlü Zobu Əməliyyat Etmək Olar? Hansı Riskləri Var?

Düyünlü
Qalxanabənzər vəzidə bir kütlə və ya kütlə kimi xarakterizə olunan düyünlü zob müxtəlif faktorlar səbəbindən, habelə genetik amillər və yod çatışmazlığı səbəbindən meydana gəlir. Kiçik qalxanabənzər vəzinin düyünləri simptom yaratmasa da, böyük düyünlər səsin xırıltılı olmasına, nəfəs darlığına və udma çətinliyinə səbəb ola bilər. Bəs düyünlü zob nə qədər təhlükəlidir və düyünlü zobun müalicəsi mümkündürmü?

Düyünlü zob niyə yaranır?

Qalxanabənzər vəzi düyünlərinin əmələ gəlməsində ən mühüm faktor yod çatışmazlığıdır. Bioloji Təbabət Klinikasının həkimləri bildirir ki, yod çatışmazlığı olan bölgələrdə qalxanabənzər vəzi düyünlərinin rast gəlinməsi halları çox olur. Yod çatışmazlığından başqa, bəzi ətraf mühit faktorları da qalxanabənzər vəzi düyünlərinin əmələ gəlməsinə təkan verir. Bununla yanaşı genetik faktorlar da düyünlü zobun yaranmasına səbəb ola bilir. Belə ki, ailədə kimdəsə qalxanabənzər vəzi xəstəliyi varsa, bu xəstəliyin inkişaf etmə riski də var. Klinikanın həkimləri bildirir ki, həmçinin radiasiyaya məruz qalma da xəstəliyin yaranmasına təsir edir.

Düyünlü zobun əlamətləri, simptomları nələrdir?

Düyünlü zoblu xəstələrin əksəriyyətində heç bir şikayət olmur. Əksər xəstələrdə düyünlər rutin müayinələr zamanı aşkar edilir. Yəni xəstəlik fiziki və ya qeyri-tiroid səbəblərə görə aparılan müayinələr zamanı təsadüfən aşkar edilir. Çünki qalxanabənzər vəzidəki düyün çox vaxt kənardan görünmür. Bioloji Təbabət Klinikasının həkimləri bildirir ki, az sayda xəstə özlərinin və ya ətrafdakıların hiss etdiyi boyundakı şişlik səbəbindən həkimə müraciət edir. Bu düyünlər hormon ifraz edən düyünlər ola bilər ki, bu halda onlara toksiki düyün və ya toksiki adenoma deyilir. Belə bir durumda pasiyentlər hipertireoz şikayəti ilə həkimə müraciət edə bilir. Həmçinin nadir hallarda düyünlərdə qanaxma olarsa, boyun nahiyəsində ağrı şikayəti ola bilər. Klinikanın həkimləri bildirir ki, bəzən düyünləri təsadüfən aşkarlanan xəstələr "zob şikayətlərim yoxdur, ona görə də əlavə müayinə eləməyin” deyirlər. Lakin bu fikir tamamilə yanlışdır. Çünki bu pasiyentlərlə düyün şikayətləri ilə müraciət edən pasiyentlər arasında oxşar risklər mövcuddur.

Düyünlü zobun riskləri nələrdir?

Tiroid düyünləri ilə bağlı ən əhəmiyyətli risk onların xərçəngə çevrilməsidir. Belə ki, qalxanabənzər vəzidəki düyünlərin 5 %-də xərçəngi riski var. Klinikanın həkimləri bildirir ki, qalxanabənzər vəzidə bir və ya bir neçə düyünə rast gəlmək mümkündür ki, bu düyünlərin də hər birinin xarakteri fərqli ola bilər. Ona görə də mütləq şəkildə düyünlər həkim nəzarətində olmalıdır. Lakin ümumi qəbul edilən fikir ondan ibarətdir ki, vəzidəki hər bir düyünün xərçəng riski eyni deyil. Bəzi düyünlərdə xərçəng riski olsa da, bəzilərində müayinə zamanı belə bir riskin olmadığı aşkar edilir. Həmçinin böyük düyünlər tiroid bezindəki düyün yerindən asılı olaraq ətrafdakı strukturlara təzyiq göstərə bilir. Nəfəs borusuna təzyiq nəfəs darlığına, yemək borusuna təzyiq udmada çətinliyə, səs tellərinə təzyiq isə səsin xırıltısına və qalınlaşmasına səbəb ola bilər. Klinikanın həkimləri bildirir ki, təzyiq yaradan düyünlər çox vaxt 4 sm-dən çox olur. Kiçik düyünlərin təzyiqə səbəb olması gözlənilmir. Bütün bunlarla yanaşı həkimlər bildirir ki, mövcud qalxanabənzər vəzi düyün ölçüsünə görə boyunda estetik görünüş baxımından xəstəyə problem yarada bilər.

Düyünlü zobun müalicəsi necə olur?

Qalxanabənzər vəzidəki düyünün müalicəsi düyünün ölçüsünə, simptomlara və bədxassəli şişlərin potensial riskinə əsasən təyin edilir. Ümumiyyətlə, xoşxassəli düyünlər müalicə tələb etmir. Yalnız müntəzəm monitorinq tövsiyə olunur. Bioloji Təbabək Klinikasının endokrinoloqları bildirir ki, bədxassəli şişdən şübhələnildikdə incə iynə aspirasiyası ilə biopsiya aparılır və buna uyğun olaraq müalicə planı müəyyən edilir. Hipertiroidizm varsa, radioaktiv yod terapiyası nəzərdən keçirilə bilər, lakin müəyyən səbəblərdən dolayı radioaktiv yod terapiyası əks göstəriş olduqda cərrahi müdaxilə nəzərdən keçirilir. Bu hal ilə yanaşı, böyük, simptomatik və ya kosmetik narahatlıq doğuran düyünlər üçün də pasiyentə cərrahi müdaxilə təklif olunur. Düzgün aparılan diaqnostika ilə müalicə variantları fərdiləşdirilir və unutmayın ki, bu müalicəni mütəxəssis endokrinoloq nəzərəti ilə etmək lazımdır.

Reklam hüququnda

Избранный
646
28
1news.az

10Источники