RU

Siyəzənin Dağ Quşçu kəndində 10 ildən artıqdır içməli su problemi yaşanır - Vətən Naminə

">

VETENNAMİNE.AZ saytının Şabran rayonu üzrə müxbiri xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, əvvəllər kənddə bir neçə bulaq mövcud olub və onlar həmin sudan istifadə ediblər. Lakin bulaqların quruması nəticəsində sakinlər illərdir içməli suya həsrət qalıblar. İndi onlar ya suyu pulla alır ya da uzaq məsafədən daşıyırlar.

Dağ Quşçu sakinlərini narahat edən digər bir problem isə təbii qazla bağlıdır. Kənd mavi yanacaqla təmin edilmədiyi üçün hazırda sakinlər yanacaq mənbəyi kimi odundan istifadə edirlər. Bu isə onlara maddi baxımdan baha başa gəlir.

Dağ Quşçu sakinləri üçün qızıldan da baha olan içməli su probleminin həlli ilə bağlı icra nümayəndəsi Araz Əbdülov bildirdi ki, neçə il öncə kənddə artezyan quyu qazılsa da su əldə etmək mümkün olmayıb. Bu səbəbdən kəndə digər ərazilərdən su xəttlərinin çəkilməsi üçün rayon icra hakimiyyətinə müraciət olunub.

Kəndin qaz problemi ilə bağlı Azəriqaz İstehsalat Birliyindən isə sakinlərə biraz da səbrli olmaları tövsiyyə edildi. Çünki məsələ dövlət proqramı çərçivəsində həllini tapacaq.

İnanırıq ki, qısa zamanda verilən vədlərin real nəticəsi görünəcək. Tezliklə Dağ Quşçu sakinləri həm içməli sudan həm də təbii qazdan rahatlıqla istifadə edə biləcəklər.

 

Günay Atayeva                                        

Vətən Naminə Mətbuat Xidməti

Избранный
326
26
vetennamine.az

10Источники