RU

Ərdoğan: Türkiyə Yunanıstanla problemləri mehriban qonşuluq siyasətinə əsaslanaraq həll etmək istəyir

Türkiyə Yunanıstanla hazırkı problemləri beynəlxalq hüquq çərçivəsində konstruktiv dialoq, mehriban qonşuluq siyasətinə əsaslanaraq həll etmək istəyir.APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Tüкkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afinada yunanıstanlı həmkarı Kiryakos Miçotakis ilə birgə mətbuat konfransı zamanı bildirib.O qeyd edib ki, Egey dənizi dostluq və əməkdaşlıq dənizi olmalıdır. Ərdoğan, həmçinin onu da əlavə edib ki, Kipr məsələsi adadakı reallıqlara əsaslanaraq həll edilməlidir. Türkiyə Prezidenti yunanıstanlı həmkarı ilə növbəti görüşün Ankarada keçiriləcəyini də bildirib.Ərdoğan, Yunanıstan ərazisində yerləşən terrorçuların sığınacağı olan Lavrion düşərgəsinin bağlanmasını müsbət qiymətləndirərək, oxşar düşərgələrin yaradılmasının qarşısını almaq üçün ehtiyatlı addımlar atmağın lazım olduğunu vurğulayıb.

Избранный
479
1
sherg.az

2Источники