RU

Hansı kartof orqanizm üçün zərərlidir, yeyilməməlidir?


Hər gün aldığımız və yediyimiz kartofun heç də hamısı faydalı deyilmiş. Ağ açıq rəng kartof daha zərərlidir, ən yaxşısı isə bənövşəyi çalarlı kartofdur.

Kartofun rənginin bir əhəmiyyəti varmı?

“Medicina” xəbər verir ki, tibb elmləri üzrə doktor Vitaliy Napolov faydalı kartofu açıqlayıb.

“Kartofun rəngi onun sort göstəricisidir, praktiki olaraq məhsulun keyfiyyətinə təsir etmir.

Kartofun içinin, özünün rəngi isə tərkibindən asılıdır.

Bizdə ən çox içi ağ kartof geniş yayılıb. Sarı və ekzotik növ olan qırmızı kartof da var. Ağ kartofda daha çox nişasta var.
Sarıda A vitamini – karotin çoxdur.

Qırmızı sortda antosianlar var. Hesab edilir ki, antosianlar immuniteti möhkəmlədir, onkoloji xəstəliklərə qarşıdır. Amma mədə-bağırsaq xəstəlikləri olanlar, allergiyası olanlar, böyrək və qaraciyər xəstələri qırmızı kartofla ehtiyatlı olmalıdır.

Püre və bişirmək üçün ağ kartof, qızartmaq üçün sarı kartof daha yaxşıdır. İri kartofları seçin, çəkisi minimum 80 qram olsun.

Kartofda nişasta çox olub-olmadığını təyin etmək çox sadədir. Kartofu 2 yerə bölün və birləşdirməyə çalışın. Əgər asanlıqla yapışacaqsa, deməli, nişastası çoxdur. Qızartma üçün bu kartof çox yaramır. Salatlar üçün çəhrayı kartof yaxşıdır.

Yaşıla çalan və üzəri ləkəli kartof solanin adlı toksinlə zəngindir, zəhərlidir”.

Aygün Musayeva



Избранный
211
5
medicina.az

10Источники