RU

Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA

Bir müddət öncə torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə bağlı mediaya müraciət edən Ucar rayonu,Qulabənd kənd sakini Əhmədov Ramil İbrahim oğlu həbs olunub.
Həbs olunan şəxsin yaxınlarının Femida.az-a verdiyi məlumata görə, onlara məxsus torpaq sahəsi uzun müddətdir kənddə idman müəllimi işləyən Anar Əhmədov tərəfindən qanunsuz olaraq zəbt edilib. Bu səbəbdən də onlar məhkəməyə və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət ediblər. Mübahisə mövzusu olan torpaq sahəsinin ölçülməsi təyin olunan güntərəfin şikayətiəsasındaRamil Əhmədov polis tərəfindən saxlanılıb.

Ailənin iddiasına görə,Ramil Əhmədovun saxlanılması sifarişlidir və burada maraqlı tərəf var.

Qeyd edək ki, Ramil Əhmədovla yanaşı mübahisəli torpaq sahəsini almaq istəyəndigər rayon sakiniİlqar Həsənovdə saxlanılıb.Lakin sonradan o sərbəst buraxılıb.

Oxu24.com məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru,polis kapitanı Nizam Həmidovla əlaqə saxlayıb.

DİN rəsmisinin sözlərinə görə,hər iki vətəndaş şikayət əsasında saxlanılıb.

"Cari ilin mart ayının 31-də Ucar rayonu Qulabənd kənd sakini A.Əhmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi R.Əhmədov və rayonun Qarabörk kənd sakini İ.Həsənovla aralarında yaranmış torpaq mübahisəsi ilə bağlı rayon məhkəməsində araşdırmalar olduğunu, lakin sonuncuların onu öldürəcəkləri ilə hədələdiklərini və həmin şəxslərin narkotik vasitə istifadəçiləri olduqlarını barədə məlumat verib.

Daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb və
tərəflərin izahatları alınıb.

Ətraflı
Ad - 00:08
Onlar barəsində məhkəmə-narkoloji ekspertizası təyin olunub. Ekspertiza rəyinə əsasən R.Əhmədovun narkotik vasitə istifadə etdiyi, İ.Həsənovun isə istifadə etmədiyi məlum olub.

Müvafiq ekspertizanın rəyindən sonra aparılan araşdırmalar zamanı İ.Həsənov polis şöbəsində uca səslə səs-küy salıb, nalayiq ifadələr işlədib. Bu zaman onun bu əməlinin qarşısı alınıb və barəsində İXM-nin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub. O, qanunvericiliyə uyğun olaraq cərimələnib və daha sonra sərbəst buraxılıb.

R.Əhmədov barəsində isə İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilib. Burada toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ucar rayon məhkəməsinə təqdim olunub və məhkəmənin qərarı ilə R.Əhmədov 15 sutka həbs edilib.", -deyə rəsmi açıqlamada qeyd edilib.




Hazırladı: Miri Məcidli
Femida.az

Избранный
209
28
femida.az

10Источники