Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Femida.azTASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Diplomata Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendum”larla bağlı Finlandiya hökumətinin etirazı çatdırılıb.