RU

Serbiya Prezidenti ölkəyə rekord sayda casus axını olduğunu bildirib

Serbiya Prezidenti ölkəyə rekord sayda casus axını olduğunu bildirib

Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovo və Metoxiyadakı vəziyyətin gərginləşməsi səbəbindən Serbiyaya rekord sayda xarici kəşfiyyat agenti axınının olduğunu açıqlayıb.

Qazet.az xəbər verir ki, bu barədə Serbiya lideri “TV Pink” telekanalına deyib.

O qeyd edib ki, Belqrad İkinci Dünya müharibəsindən bəri bu qədər xarici casus görməmişdi:

“Bu Yeni il Belqrad yeni Kasablankaya çevrilib. Biz mütəmadi olaraq bu məruzələri alırıq, hotellərimizi zəbt etməyən casus qalmayıb, heç vaxt bu qədər casus olmamışdı. Biz rekord vurduq, Yeni ildən öncə və Yeni ildən sonra ...”.

Xatırladaq ki, Aleksandar Vuçiç daha öncə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Serbiyada dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı xüsusi xidmət orqanlarının nümayəndələrinin fəaliyyət göstərdiyini bildirmişdi.

Избранный
63
qazet.az

1Источники