Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına başlanılıb - SİYAHI
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən onlara təqdim olunan 1 illik fərdi inkişaf planının icrasına başlayıblar.
"Report" xəbər verir ki, müsabiqənin İşçi Qrupu mentorlar və qaliblərin bölgüsünü müəyyənləşdirib.
Müsabiqənin şərtlərinə əsasən, 22 qalibin hər biri 1 illik mentorluq proqramı çərçivəsində müvafiq idarəçi rəhbərlər tərəfindən təcrübələrə cəlb olunacaq. Hər bir qalib ümumilikdə iki idarəçi rəhbərin mentorluq təcrübəsindən yararlanacaq.
Mentorluq proqramının bölgüsü aşağıdakı kimidir:
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qaliblər: Sübhan Əsgərzadə, Tural Abdullazadə İqtisadiyyat naziri Mikayıl Cabbarov Qaliblər: Fərid İsayev, Əsəd Qurbanzadə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qaliblər: İlahə Baxışova Tahirli, Toğrul Ələkbərov Elm və təhsil naziri Emin Əmrullayev Qaliblər: Rəsul Həşimov, İlahə Baxışova Tahirli Gənclər və idman naziri Fərid Qayıbov Qaliblər: Rəsul Həşimov, Bayram Orucov, Səkinə Vəliyeva Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qaliblər: Şahin Mahmudzadə, Azad Qəribov Mədəniyyət naziri Adil Kərimli Qaliblər: Toğrul Ələkbərov, Tural Abdullazadə Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qaliblər: Faiq Hüseynov, Vüqar Mamedov Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Qalib: Emil Bəşirov SOCAR-ın prezidenti Rövşən Nəcəf Qaliblər: Emil Bəşirov, Fərid İsayev “Pasha Holding”in Baş icraçı direktoru Cəlal Qasımov Qaliblər: Elvin Əlizadə, Ülviyyə Mehralıyeva “AzerGold” QSC-nin sədri Zakir İbrahimov Qalib: Vüqar Mamedov ADA Universitetinin rektoru Hafiz Paşayev Qaliblər: Bayram Orucov, Toğrul İslam Mərkəzi Bankının sədri Taleh Kazımov Qaliblər: İbrahim Məmmədzadə, Fərahim Hacıyev Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov Qaliblər: Şahin Mahmudzadə, Mirzə Ələkbər Babayev Energetika naziri Pərviz Şahbazov Qalib: Elvin Əlizadə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qalib: Əsəd Qurbanzadə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qaliblər: Şamxal Cəmilzadə, Səkinə Vəliyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qaliblər: Mirzə Ələkbər Babayev Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Qalib: Xanım Daşdəmirova Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev Qalib: Azad Qəribov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Qaliblər: Şamxal Cəmilzadə, Ülviyyə Mehralıyeva Vəkillər Kollegiyasının sədri Anar Bağırov Qaliblər: İbrahim Məmmədzadə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Qalib: Faiq Hüseynov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Qalib: Toğrul İslam BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Qaliblər: Xanım Daşdəmirova, Sübhan Əsgərzadə “PashaBank”ın İdarə Heyətinin sədri Cavid Quliyev Qalib: Fərahim Hacıyev Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min AZN məbləğində pul mükafatı əldə edir. “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.