RU

Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 8 məsələ var 

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.


Referans.az Report-a istinadən xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 8 məsələnin müzakirəsi daxil edilib.


Həmin məsələlər aşağıdakılardır:


1. Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında Milli Məclisinin Bəyanatı

2. “Arbitraj haqqında” qanun layihəsi (üçüncü oxunuş)

 
3. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

4. “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

5. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

6. “Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

7. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

8. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

 
Избранный
223
49
oxu.az

10Источники