“Erməni separatçılar ərazilərin minalanması prosesini həyata keçirərkən hərbi sursatların təmizlənməsini əngəlləmək üçün müəyyən süni maneələr yaradıblar”.
Bu fikirləri Ağdamda Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina əleyhinə xüsusi təyinatlı taborunun qərargah rəisi Səbuhi Sarıyev bildirib.
O qeyd edib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətlə davam etdirir: “İndiyədək Ağdamın bir neçə istiqamətində əsasən yaşayış məntəqələri, su hövzələri yolların keçdiyi ərazilərdə təmizləmə işləri aparılıb”.
S.Sarıyev onu da bildirib ki, mina təmizləmə işləri zamanı bütün minalı ərazilərdə çox sayda metal qırıntıları aşkarlanır:
“Bu da minatəmizləmə işlərinin sürətini azaltmağa yönəlmiş addımdır. Belə ki, mina sahəsində bu cür metal qırıntıları detektorda təhlükə siqnalı verir. Siqnal verən maneənin aşkar edilməsinə isə xeyli vaxt itkisinə səbəb olur. Lakin bütün maneələrə baxmayaraq mina təmizlənməsi işlərinin sürətlə həyata keçiririk”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта