RU

Lənkəranda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Mərkəz 250 000-dən çox vətəndaşa xidmət göstərir
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb. AYNA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, tibb müəssisəsinin tabeliyində iki ailə sağlamlıq mərkəzi, beş kənd ailə sağlamlıq mərkəzi, 30 kənd həkim məntəqəsi, 34 kənd tibb məntəqəsi, Regional Perinatal Mərkəz fəaliyyət göstərir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 1 894 işçi salışır. Mərkəz 250 000-dən çox vətəndaşa xidmət göstərir.
İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra tibb müəssisəsinin strukturunda mühüm dəyişikliklər baş verib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının idarəetmə aparatında bəzi yeniliklər olub, sığortanın təşkili və innovasiya, informasiya texnologiyaları, dəstək xidmətləri, xəstə xidmətləri, satınalma, tibb bacıları şöbələri yaradılıb və tibbi xidmətin əlçatanlılığı təmin olunub.
360 çarpayılıq mərkəzin nəzdində poliklinika, radiologiya, fizioterapiya, cərrahiyyə, urologiya, reanimasiya, təcili yardım, terapiya, uşaq, laboratoriya, yoluxucu xəstəliklər, vərəm, hemodializ, invaziv kardiologiya, ürək-damar cərrahiyyəsi şöbələri əhalinin sağlamlığının qorunması istiqamətində fəaliyyət göstərir.

Избранный
271
18
ayna.az

10Источники