RU

Azərbaycan veteranları İlham Əliyevin siyasətini dəstəkləyir - BƏYANAT

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dekabrın 27-də Bakıda keçirilən ümumi yığıncağında bəyanat qəbul olunub.Bəyanatda deyilir:"Azərbaycan xalqı hazırda tarixinin tam yeni, son dərəcədə qürurlu, şərəfli bir mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsi şanlı qələbə ilə nəticələndi, əvvəlcə, ölkənin ərazi bütövlüyü, daha sonra suverenliyi tam təmin olundu.Azərbaycan 44 günlük müharibədən daha güclü çıxdı. 2023-cü ildəki əməliyyat cəmi 1 gün çəkdi. Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan torpaqlarından tam təmizləndi, müharibə cinayətkarları, hərbi xunta başçıları həbs edildi.Prezident İlham Əliyev memarı olduğu bu tarixi qələbələrlə xalqımızın son 200 illik dövrdə üzləşdiyi məşəqqətlərə, məğlubiyyətlərə və sarsıntılara son qoydu, Azərbaycanın dövlətçilik tarixinin qızıl dövrü açıldı.Prezident İlham Əliyev bu müqəddəs missiyanı uğurla reallaşdırmaqla, Ulu Öndər Heydər Əliyevin ən ümdə arzusunu - “ata vəsiyyəti”ni yerinə yetirdi. 8 noyabr – Şuşanın azad edilməsi günü tariximizə Zəfər günü kimi yazıldı. Bu gün Xankəndində, Xocalıda, Ağdərədə Azərbaycan Bayrağı məğrurluqla dalğalanır.İlham Əliyev qalib xalqın qalib lideridir. Bütün Azərbaycan xalqı, bütün veteranlar onunla fəxr edir!Ümummilli liderin 30 il əvvəl ağır, böhranlı vəziyyətdən və dağılmaq təhlükəsindən xilas etdiyi Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedərək, Prezident İlham Əliyevin qətiyyəti, zamanın çağırışlarına cavab verən siyasəti ilə dinamik inkişaf etməkdədir.Azərbaycanın xüsusilə son 20 ildə qazandığı nəhəng uğurlar onu dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin məkanına çevirib. İlham Əliyevin milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasət kursu Azərbaycana beynəlxalq miqyasda böyük hörmət, nüfuz qazandırıb.Biz veteranlar bugünki Azərbaycana baxanda zəhmətimizin hədər getmədiyini görürük. Qürur duyuruq ki, Azərbaycan etibarlı əllərdədir, qürur duyuruq ki, Azərbaycanın İlham Əliyev kimi Prezidenti var. Bu, Azərbaycan xalqının taleyinə yazılmış tarixi xoşbəxtlikdir!Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, bu gün hər bir azərbaycanlının ürəyi bir vurur, bu gün hamı eyni amal uğrunda çarpışır. Budur milli güc! Budur milli lider İlham Əliyev siyasəti!Bu gün hər kəs qurub-yaratmağa tələsir. Azərbaycan öz imkanları ilə qədim yurdlarımıza yeni həyat bəxş edir, insanlarımız doğma ata-baba ocaqlarına qayıdır.Bu gün biz veteranlar gənclərə baxıb fəxr edirik. Onlar bizim yolumuzu şərəflə gedir, şöhrətimizi dünyaya yayır. Onlar Prezident İlham Əliyevin dövründə yetişən gənclikdir, Vətəni, Bayrağı uğrunda canını, qanını verməyə hazırdır. Bu qətiyyətə, bu əqidəyə malik gəncliyə eşq olsun!Biz veteranlar çox əzablı yollar görmüşük, çox əziyyətlər çəkmişik. Bu gün dünyanın bir çox bölgələri sakit bir günə həsrətdir, müharibələr, qırğınlar ətraf regionları bürüyüb. Azərbaycan isə sabitlik, təhlükəsizlik, inkişaf adası kimi ancaq irəli gedir.Biz veteranlar respublikanın hər yerindən Bakıya toplaşıb, bu Ümumi Yığıncağı keçirməklə, bəyan edirik ki, hər birimiz Prezident İlham Əliyev siyasətinin davam etməsini istəyirik.İlham Əliyev xalq qarşısında bütün vədlərini yerinə yetirib. Onu sözü imzasıdır. Bunu bütün dünya bilir. Biz veteranlar bəyan edirik ki, Prezident İlham Əliyevlə bir yerdəyik! Bu qələbələr davam etməlidir".11:50Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dekabrın 27-də Bakıda keçirilən ümumi yığıncağında Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul olunub.Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Təşkilatın sədr müavini Cəlil Xəlilov Ulu Öndərin tarixi xidmətlərindən danışıb, onun siyasi kursunun Azərbaycanın tərəqqisi baxımından müstəsna əhəmiyyətinə toxunub. O qeyd edib ki, həssas kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət göstərən Heydər Əliyev veteranlara da hər zaman qayğıkeş münasibət göstərib.Veteranlara dövlət qayğısının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavini bu münasibətin hər kəs üçün örnək olduğunu qeyd edib.Müzakirələrin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə dəstək bəyanatı qəbul edib.Bəyanatda deyilir: "Bu gün biz veteranlar gənclərə baxıb fəxr edirik. Onlar bizim yolumuzu şərəflə gedir, şöhrətimizi dünyaya yayır. Prezident İlham Əliyevin dövründə yetişən gənclik, Vətəni, bayrağı uğrunda canını, qanını verməyə hazırdır. Bu qətiyyətə, bu əqidəyə malik gəncliyə eşq olsun!Biz veteranlar çox əzablı yollar keçib, çox əziyyətlər çəkmişik. Bu gün dünyanın bir çox bölgələri sakit bir günə həsrətdir, müharibələr, qırğınlar ətraf regionları bürüyüb. Azərbaycan isə sabitlik, təhlükəsizlik, inkişaf adası kimi ancaq irəli gedir.Biz veteranlar respublikanın hər yerindən Bakıya toplaşıb, bu ümumi yığıncağı keçirməklə, bəyan edirik ki, hər birimiz Prezident İlham Əliyev siyasətinin davam etməsini istəyirik.İlham Əliyev xalq qarşısında bütün vədlərini yerinə yetirib. Onu sözü imzasıdır. Bunu bütün dünya bilir. Biz veteranlar bəyan edirik ki, Prezident İlham Əliyevlə bir yerdəyik! Bu qələbələr davam etməlidir".

Избранный
50
7
sherg.az

10Источники