RU

AAYDA: "Ağdamda şəhərdaxili yolların inşası 2026-cı ildə yekunlaşacaq"

Ağdam şəhərinin daxili yollarının inşaat işlərinin 2026-cı ildə yekunlaşması nəzərdə tutulub.

MediaPost xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) avtomobil yollarının istismarı və təmiri idarəsinin böyük mütəxəssisi Məmməd Məmmədov deyib.

Onun sözlərinə görə, Ağdam şəhərinin Baş Planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 km təşkil edir: “Şəhərin yol və kommunikasiya şəbəkəsinin təməli Prezident tərəfindən 2022-ci ilin oktyabrında qoyulub. Şəhərin daxili yolları 2 və 8 hərəkət zolaqlı olmaqla 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub”.

Xəbərlər departamenti

Избранный
44
28
mediapost.az

10Источники