RU

"Rusiya və İran Ermənistan hakimiyyətini cəzalandıra bilər" - ŞƏRH

"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistana səfər edəcək. Ötən gün Rusiya xarici işlər naziri Lavrovla danışdıqdan sonra iranlı nazirin Ermənistana səfəri məsələsi Moskva ilə kordinasiyalı şəkildə davam edir. Moskva və Tehran Ermənistanın yürütdüyü "Qərbyönümlü siyasətdən, həmçinin regionda ABŞ və Avropa İttifaqının geosiyasi mövqelərini gücləndirməsinə şərait yaratmasından narahatdır. Bir neçə gün öncə Nikol Paşinyanla İran prezidenti Rəisi arasında telefon danışığı baş tutmuşdu. Rəisinin telefon söhbətində Paşinyana Qərbyönümlü siyasət həyata keçirməsindən narahatlığını ifadə etməsi istisna deyil. Görünür, Abdullahianın səfərində Tehranın "qırmızı xətti" İrəvana başa salınacaq". 

Bu fikirləri "MediaPost"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Ermənistan və İran arasında siyasi problemələr yeni müstəvidə davam edəcək:

alt

"Ermənistanın Azərbaycanla sülh müqaviləsini bağlaması istiqamətində atdığı addımlar, Zəngəzur dəhlizinin maneəsiz istifadəsi ilə bağlı müzakirələr və Qərbə inteqrasiya siyasəti Abdullahianın səfərində müzakirə ediləcək. İran Ermənistanın yürütdüyü siyasətdən narazıdır. Amma Paşinyan İran və Rusiyanın təzyiqlərinə rəğmən Qərblə əməkdaşlığı davam etdirəcək. Paşinyan Qərblə inteqrasiyanı davam etdirəcəksə, Rusiya və İran Ermənistan hakimiyyətini cəzalandırmaq siyasətinə əl ata bilər. Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin normallaşması fonunda Qərbə inteqrasiya İran üçün gözlənilməz bir prosesdir. Tehran Ermənistanın "3+3" formatında əməkdaşlığında maraqlıdır. Baş veren siyasi proseslər fonunda İran xarici işlər nazirinin Ermənistan səfəri uğurlu olmayacaq. Çünki, Ermənistan öz siyasi kursunu dəyişməyəcək".

Müşviq Tofiqoğlu

Избранный
279
48
mediapost.az

10Источники