RU

Eyfel qülləsi turistlər üçün bağlandı

Parisdəki Eyfel qülləsi işçilərin tətili səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. Etiraz qüllənin yaradıcısı, mühəndis Qustav Eyfelin vəfatının 100-cü ildönümündə keçirilib.

News.ru-nun məlumatına görə, qüllənin meydançasına giriş açıqdır və ziyarət etmək pulsuzdur. Lakin qüllənin özü turistlər üçün bağlıdır.

Qeyd olunur ki, bir günlük aksiyanın məqsədi Eyfel qülləsini idarə edən şirkətin hazırkı rəhbərliyinin hərəkətlərinə etiraz etməkdir.

Mənbə: oxu.az

Избранный
198
50
valyuta.az

10Источники