RU

Fərid Şəfiyev: Antiterror tədbirlərindən sonra beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzi kəskinləşib

Antiterror tədbirlərindən sonra beynəlxalq təşkilatlar və mətbu orqanların Azərbaycana qarşı qərəzli mövqeyi kəskinləşib.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görrə, beynəlxalq ictimaiyyət və təşkilatlar BMTM-nin əsas diqaət mərkəzimizdir: "Ancaq biz bu çərçivədə əməkdaşlıq qurmağa çalışarkən qərəzli mövqe gördük, bəzi qurumlar və mətbu orqanlar əməkdaşlıqdan imtina edirdilər və buna da əsas gətirmirdilər. Azərbaycana qarşı həmişə qərəzli mövqe müşahidə etmişik, ancaq 2023-cü il antiterror tədbirlərindən sonra münasibətləri daha da kəskinləşdir".

"Ancaq bununla belə, biz bir sıra qurumlarla əməkdaşlığı davam etdirdik. Bizim onlayn formatda 30-a yaxın tədbirimiz keçirilib",-o əlavə edib.

Избранный
80
2
ikisahil.az

3Источники