RU

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

Bayram

Bakı, 28 dekabr, AZƏRTAC

Dekabrın 31-dən yanvarın 6-dək qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 101 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 7 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 74 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət edəcək.

Bayram günlərində iş qrafiki:

Banklar: https://uploads.cbar.az/press-releases/f7b4a989136a7fd43f454d983.pdf

"Azәrpoçt" MMC: https://uploads.cbar.az/press-releases/d70bbd7910741158cd26ab1d1.pdf

Valyuta mübadilə məntəqələri: https://uploads.cbar.az/press-releases/f535af838fa85bd71c2b988d9.pdf

Избранный
148
49
azertag.az

10Источники