RU

Hakan Fidan amerikalı həmkarı Blinkenlə DANIŞDI

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb. 

NOCOMMENT.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazir Fidan ABŞ-ın müttəfiqi olaraq Suriyanın şimalında terror təşkilatı YPG ilə əməkdaşlığı dayandırması lazım olduğu barədə sərt ifadələrlə həmsöhbətini Blinkenin diqqətinə çatdırıb. O qeyd edib ki, Türkiyənin İraq və Suriyada terrorla mübarizə əməliyyatları qətiyyətlə davam edəcək.

Görüş zamanı Türkiyənin bölgədə davam edən əməliyyatları çərçivəsində İraq və Suriyadakı Amerika qüvvələri ilə aramızda olan gərginliyi azaltma mexanizmi də müzakirə edilib. İHA-larımızdan birinin vurulması kontekstində sözügedən mexanizmin terrorla mübarizəmizə mane olmayacaq şəkildə effektiv işləməsi üçün razılıq əldə edildi.

Görüşdə NATO-nun genişlənməsi məsələsi də müzakirə olunub.

Избранный
344
13
nocomment.az

10Источники