RU

DYP bayram günləri ilə bağlı avtobus sahibləri və sürücülərə çağırış edib

Baş Dövlət Yol Polisi İdərəsi şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlar üzrə sərnişinlərin təhlükəsiz daşınması məqsədilə bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirilməsi, uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunması, sürücülərin reysqabağı tibbi müayinəsinin aparılmasına və avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunması tövsiyə edilib.

Qeyd olunub ki, bayram günləri ərəfəsində paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində nəzərəçarpacaq artım müşahidə edilir:

“Lakin bir sıra hallarda bu sahədə müəyyən olunmuş qaydaların pozulması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır. Sərnişinlərdən isə öz təhlükəsizliklərinə biganə qalmamaq, qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin təklif etdikləri xidmətlərindən istifadə etməmək xahiş olunur. Qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onların da reysqabağı tibbi müayinədən keçirilməsi mümkünsüz olur”. ​

DOĞRU.AZ

Избранный
102
41
dogru.az

10Источники