RU

Gəncədə sexdən 4 200 manatlıq avadanlıq oğurlanıb

Gəncə şəhərində sexdən 4200 manat dəyərində xəmir qarışdıran aparat, elektron tərəzi və məişət əşyaları oğurlanıb.

Bu barədə MediaPost-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində yerləşən sexlərin birindən 4200 manat dəyərində xəmir qarışdıran aparat, elektron tərəzi və məişət əşyası, digər bir evdən isə kombi aparatı oğurlamaqda şübhəli bilinən Gəncə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rəşad Qənbərov saxlanılıb.

Araşdırma aparılır.

Xəbərlər departamenti

Избранный
67
50
mediapost.az

10Источники