RU

Milli Depozit Mərkəzinin İnkişaf Strategiyası təsdiq edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) dəstəyi ilə hazırlanmış Milli Depozit Mərkəzinin (MDM) 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası təsdiq edilib.

MediaPost bu barədə AMB-yə istinadən xəbər verir.

Ölkəmizin kapital bazarlarında mərkəzi mövqedə olan MDM-in növbəti strateji dövrdə təkmil korporativ idarəetmə və informasiya təhlükəsizliyinə malik olan, geniş xidmətlər təqdim edən və effektiv əməliyyat çərçivəsi olan bir quruma transformasiyası hədəflənir. Strategiya çərçivəsində Azərbaycanda kapital bazarlarının səmərəli və effektiv fəaliyyət göstərməsinə və böyüməsinə dəstək göstərmək məqsədilə MDM-in fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və dayanıqlı ticarətsonrası infrastrukturunun qurulması nəzərdə tutulur.

MDM AMB-nin təsis etdiyi qeyri-kommersiya hüquqi şəxs olaraq qiymətli kağızların saxlanmasını, onlar üzərində mülkiyyət hüquqların qeydiyyatını və qiymətli kağızlar üzrə ticarətdən sonrakı hesablaşmaları həyata keçirən depozitar təşkilat kimi ölkəmizin aparıcı maliyyə institutlarından biridir. Maliyyə sektorunun ümumi sağlamlığına və sabitliyinə töhfə verəcək qabaqcıl və effektiv bir təşkilat kimi MDM bazar iştirakçılarının əlçatan, məsuliyyətli və innovativ xidmətlərə çıxışının təmin olunduğu bir gələcəyi hədəfləyir.

Xəbərlər departamenti

Избранный
60
16
mediapost.az

10Источники