Azərbaycan Mərkəzi Bankı (AMB) daha 4 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.
Bu barədə FED.az-a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar dekabrın 20-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar 12 ay ərzində lisenziyalarının qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyaların qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığı üçün ləğv olunub.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.3-cü maddəsinə əsasən lisenziyaları ləğv edilən fiziki şəxs olan sığorta agentlərinin
SİYAHISI
№ | Sığorta agentinin adı | Lisenziyanın tarixi | Lisenziyanın nömrəsi | VÖEN |
1 | Cəlilov Elxan İzahat oğlu | 05.10.2018 | SA-0087 | 1702137322 |
2 | Eminli Rəna Alverdi qızı | 24.12.2014 | 080632 | 2903166942 |
3 | Hümbətov Zaur Tahir oğlu | 09.09.2011 | 000486 | 1601214722 |
4 | Musayeva Elnurə Ağaverdi qızı | 23.07.2013 | 000954 | 5000310672 |