RU

Rəsulzadənin nəvəsi Prezidentə təşəkkür etdi

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin yubileyi ilə bağlı Prezident Sərəncamı böyük məmnunluq hissi ilə qarşılanıb. Rəsulzadə irsinin araşdırıcısı, professor Nəsiman Yaqublu və Cümhuriyyət qurucusunun nəvəsi Rais Rəsuızadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür müraciəti ünvanlayıblar.

Musavat.com xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli Cənab Prezident! Sizin Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibəti ilə verdiyiniz sərəncam bizi çox məmnun etdi. Bu sərəncam Sizin Azərbaycan tarixinə və bu tarixdə önəmli rol oynamış şəxsiyyətlərimizə diqqətli yanaşmanızın göstəricisidir. Bu sərəncamınız Dünya Azərbaycanlılarının Həmrəylik Gününə böyük bir töhfədir. Bu torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dövrdə Azərbaycanda yeni dəyərlərin üstünlük təşkil edəcəyinə Sizin bir mesajınızdır.

M.Ə.Rəsulzadənin yubileyinin keçirilməsi həm də güneyli-quzeyli Azərbaycanın tarixinə sayğılı yanamanın göstəricisidir: “M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyətinin əsas qurucusu olmaqla yanaşı, həm də Güneydə aparılan azadlıq mücadiləsinin yaxından iştirakçısı olub. Bu sərəncamdan çıxış edərək onun zəngin ictimai, siyasi, bədii irsinin toplanılıb nəşr edilməsi ilə bütövlükdə tariximiz də zənginləşəcək.

Siz bu mövqeyinizlə əslində Azərbaycanda müxtəlif baxışlara malik insanları da vətənimiz, dövlətimiz naminə bir araya gətirirsiniz. Və insanlarımızda M.Ə.Rəsulzadənin bütün fəaliyyəti müddətində yürütdüyü “Hər şey vətən üçün, hər şey dövlət üçün” məramına əsaslanan Azərbaycan xalqının azadlıq mücadiləsini və dövlətçilik dəyərlərini daha da gücləndirirsiniz.

Cənab Prezident! Sizə dərin təşəkkürlərimizi bildiririk!

Hörmətlə,

Nəsiman Yaqublu, tarix elmləri doktoru, professor

Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin sədri Rais Rəsulzadə, Azərbaycanın Respublikasının əməkdar rəssamı, M.Ə.Rəsulzadənin nəvəsi”

Musavat.com

Избранный
232
14
musavat.com

10Источники