Bu gündən əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği artırıldı.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 dekabr 2023-cü il tarixində imzaladığı qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində idi.